Xəbər lenti

Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda
İdman 10:44 04.01.2024

Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin yeni klubu müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, hücumçu karyerasını Türkiyədə davam etdirəcək. O, "Boluspor"la müqavilə imzalayıb. İsgəndərli yeni klubu ilə 1,5 illik anlaşmaya imza atıb.  

İsgəndərlinin sonuncu klubu Albaniya təmsilçisi "Eqnatiya" olub. Bu, Vüsalın karyerası ərzində Türkiyədəki ikinci klubu olacaq. O, daha əvvəl aşağı liqa təmsilçisi "Keçiörəngücü"ndə də top qovub.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->