Amerikalı yazıçı Stiven Kinq ABŞ prezidentliyinə namizəd Donald Tramp tərəfindən açıq şəkildə təhqir edilən məşhur müğənni Teylor Sviftin müdafiəsinə qalxıb.
Qaynarinfo bu barədə "The King of Horrors"a istinadən xəbər verir.
Qalmaqal Teylor Sviftin prezident seçkilərində demokrat Kamala Harrisə səs verəcəyini açıq elan etməsi fonunda yaranıb. Dövrümüzün ən böyük ulduzunun açıqlamasına Tramp reaksiya verib. Respublikaçı Teylorun sözlərindən qəzəblənib və sosial şəbəkədə onun haqqında kəskin danışıb. Sabiq prezident "Truth Social"dakı səhifəsində böyük hərflərlə yazıb: "Mən Teylor Sviftə nifrət edirəm".
Trampın yazısının skrinşotu internetdə yayılıb və Stivin Kinq müğənnini müdafiə etmək qərarına gəlib. O, "Twitter"də müğənnini açıq şəkildə dəstəkləyib və yaradıcılığından danışıb:
"Mən Teylor Svifti sevirəm. Onun musiqisi məni sevindirir. Hekayənin sonu".
Aydın
Şərhlər