Xəbər lenti

Sərxoş halda maşınları təpiklədi, həbs edildi
Ölkə 19:53 19.09.2024

Sərxoş halda maşınları təpiklədi, həbs edildi

Bakıda sərxoş vəziyyətdə avtomobilləri təpikləyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Səbail rayonundakı küçələrin birində, saat 04:05 radələrində baş verib. 

Belə ki, 1994-cü ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş B.N. içkili vəziyyətdə maşınları təpikləyib. Bunu görən polis əməkdaşları yaxınlaşıblar. Həmin şəxs onlara sərt reaksiya göstərdiyi üçün saxlayıblar.  

Məhkəmənin qərarı ilə B.N. 10 gün müddətinə edilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->