"Uber" xidmətində taksi fəaliyyəti ilə məşğul olan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, taksi sürücüsünün həbs edilməsinə səbəb xanım sərnişinə qarşı nalayiq ifadələr və hərəkətlər etməsi olub.
Belə ki, 6 sentyabr 2024-cü il tarixdə, 17:15 radələrində Səbail rayonu ərazisində yerləşən Ü.Hacıbəyli küçəsində Q.M. adlı xanım "Uber"dən taksi sifariş verərək, Xətai rayon ərazisinə getmək istəyib.
Qadın yolda "Hyundai Elantra" markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü C.B.-nın ona qarşı nalayiq ifadələrinə və seksual xarakterli hərəkətlərinə şahidi olub. Sərnişin qısa zamanda yolun kənarında maşından düşüb və polisə şikayət edib.
Sürücü saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmə iclasında iştirak edən sürücü protokola etiraz etdiyini, xanımdan xoşu gələdiyi üçün onunla tanış olmaq istədiyini deyib. O, 25 gün müddətinə həbs olunub.
Aydın
Şərhlər