Xəbər lenti

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)
Ekonomiks 16:28 19.09.2024

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Maliyyə Nazirliyinin hesabatına görə, Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb.

Hesabata görə, 2024-cü il 1 iyul tarixinə daxili dövlət borcu 16.571,9 milyon manat və ya ÜDM-in 13,7 faizini təşkil edib.

2024-cü il I yarım ili ərzində daxili dövlət borcu 705,5 milyon manat artıb. Daxili dövlət borcunun artmasının əsas səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövriyyədə olan dövlət istiqrazlarının həcminin artması olub.
 
Bazar iqtisadiyyatı şəraitində daxili dövlət borcunun artmasının iqtisadi artıma təsirləri olacaqmı? Daxili borclanmanın artması təhlükəlidirmi?

Valyuta.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanın xarici dövlət borcunu azaldaraq daxili dövlət borcunu artırması başa düşüləndir və tamamilə doğru addımdır:
 


"Bazar iqtisadiyyatı şəraitində dövlət borcunun olması labüd şərtdir. Bu gün dünyada ən çox dövlət borcu olan ölkə Amerika Birləşmiş Ştatlarıdır. Bu borc onun üçün faktiki hansısa bir problem yaratmır.  Amma elə ölkələr də var ki, onların dövlət borcu həmin ölkənin hıətta milli təhlükəsizlik probleminə çevrilir. Çünki ölkə zəif olarsa və digər beynəlxalq təsisatlar qarşısında gücsüz olarsa, bu tip dövlətlərin xarici dövlət borcunun olması həmin ölkənin suverenliyinə bir təhdiddir. Həmin ölkənin müstəqil qərar qəbul etməsinə bir risq yaradır. Bu baxımdan Azərbaycanın xarici dövlət borcunu azaldaraq daxili dövlət borcunu artırması başa düşüləndir və tamamilə doğru addımdır”.

Eldəniz Əmirovun sözlərinə görə, bu ilin xüsusi ilə son dövrlərində sürətlə xarici borc öhdəliklərinin yerinə yetirilməsi müşahidə edilməyə başlanıldı:

"Yəni, Azərbaycanın xarici dövlət borcları mümkün qədər daha çox ödənildi və nəticə etibarı azaldı. Amma bütün hallarda müəyyən istiqamətlərdə işlərin görülməsi, o cümlədən də büdcə kəsirinin bağlanılması kimi məsələlərdə borclanmaya getmək labüddür. Bu zaman Azərbaycan hökuməti xarici borclanmanı azaltsa da, bunu daxili borclanma hesabına elədi. Daxili borclanma isə iqtisadiyyata multiplikativ effektlərlə müsbət töhfə verə bilər. Dövlət olaraq borclu olduğu istiqamət məhz xarici deyil, ölkə daxilində olan subyektlərdir. Əgər mümükün olarsa daxili borclanma xarici borclanmadan dəfələrlə çox üstünlüklərə malikdir”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->