Gənc istedadları dəstəkləmək və bank sektoruna peşəkar kardlar yetişdirmək məqsədi ilə Yelo Bank-ın təşkil etdiyi "Summer Challenge" proqramı bu illik yekunlaşdı. Proqramda ümumilikdə 35 potensiallı gənc iştirak etdi.
Onlar təcrübə müddəti ərzində real iş mühitində peşəkar mütəxəssislərin mentorluğu ilə Yelo Bank-da çalışmaqla layihələrin və tədbirlərin həyata keçirilməsində iştirak etdilər. Bu proqram iştirakçılara komanda işi, liderlik, ünsiyyət və fikir istehsalı kimi bacarıqlara yiyələnmək və inkişaf etdirməyə fürsət yaratdı. Proqramın yekununda məzunlara sertifikatlar təqdim olundu. Təcrübə müddətində aktiv fəaliyyəti ilə seçilən iştirakçıların bir çoxu isə artıq Yelo Bank-da işlə təmini olunub və komandaya qoşulublar.
Yelo Bank təcrübəsiz və həvəsli gənclərin inkişafını dəstəkləmək və onların bank sektorunda karyera yüksəlişinə töhfə vermək məqsədi ilə bu cür proqramları gələcəkdə də davam etdirəcək.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər