AFFA "Neftçi" tərəfindən verilən apellyasiya müraciəti ilə bağlı qərarını çıxarıb.
Qaynarinfo-nun məlumatına görə, qurum "Neftçi-2" - "Sumqayıt-2" oyunun 90+5-ci dəqiqəsində qırmızı vərəqə alan və sonradan dörd oyun cəzalandırılan Ağadadaş Salyanskinin cəzasının endirilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
AFFA-nın futbolçu haqda qərarı aşağıdakı kimidir:
1. Şikayətçi "Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 08.04.2024-cü il tarixdə Əvəzedicilər Liqasının XXIX turu çərçivəsində baş tutan "Neftçi-2” – "Sumqayıt-2” oyununun 90+5-ci dəqiqəsində "Neftçi-2” komandasının 91 nömrəli futbolçusu Ağadadaş Salyanski qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması, komandanın 300 manat cərimə edilməsi (maddə 43.3) barədə AFFA İntizam Komitəsinin 09 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
Səbuhi Həsənov
Şərhlər