Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqası matçına təyinat alıb.
Qaynarionfo-nun məlumatına görə, referimiz "Panatinaikos” – "Aris” görüşünü idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Digər FİFA referimiz Kamal Umudlu isə qarşılaşmanın VAR hakimi olacaq.
Qarşılaşmanın start fiti saat 21:30-da səsləndiriləcək.
Qeyd edək ki, "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.
Səbuhi Həsənov
Şərhlər