"Qalatasaray"ın ulduzu Fernando Muslera Uruqvay Millisində karyerasını bitirdiyini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, Uruqvay Futbol Federasiyası da Muslera ilə vidalaşıb. Milli komandanın sosial media hesabından verilən açıqlamada, "Nando, sənin adın Uruqvay futbolunun zəngin tarixinə 133 matç, 4 dünya kubokunun iştirakçısı və 2011-ci ildə Amerika Kubokunun qalibi kimi daxil olub. Təşəkkür edirik" - sözlərinə yer verilib.
Uruqvay millisinin heyətində 133 rəsmi oyun keçirən təcrübəli qapıçı bu matçlarda 135 qol buraxıb. O 54 oyunda qapısını toxunulmaz saxlamağı da bacarıb. Muslera 2011-ci ildə Uruqvay millisinin heyətində "Copa America"nın çempionu olub.
Musleranın gedişi ilə bağlı emosional vida klipi də hazırlanıb.
Səbuhi Həsənov
Şərhlər