AFFA daha bir komandanı yarışlardan kənarlaşdırıb.
Qaynarinfo-nun məlumatına görə, aprelin 24-də keçirilməli olan futzal üzrə Yüksək Liqanın 19-cu turunun "Record club” – "Araz Naxçıvan” oyununda meydan sahibləri təyin edilən vaxtda meydanda olmayıb.
Bu səbəbdən "Record Club"a 0:5 hesablı texniki məğlubiyyət verilib. Üstəlik eyni hal cari mövsümdə üçüncü dəfə yaşandığına görə komanda yarışlardan kənarlaşdırılıb.
Səbuhi Həsənov
Şərhlər