Xəbər lenti

İdman 16:20 07.07.2023

"Real"a keçən Arda üçün bədbin "arzu": "Təyyarə qəzaya uğrasın, ailəsi dağılsın" (VİDEO)

Milyonların səbirsizliklə gözlədiyi Arda Gülərin "Real"a transferi rəsmən açıqlandı.

Qaynarinfo-nun məlumatına görə, "Fənərbağça" Arda Gülərin transferindən 30 milyon avro qazandıqlarını, "Real" isə gənc ulduzla altıllik müqavilə imzaladıqlarını açıqlayıb.

Ancaq Türkiyədə bu transferi həzm edə bilməyənlər də ortaya çıxıb. "Sabah"da yer alan məlumata görə, "Twitter"dəki söhbət otaqlarının birində Gülər ​​və ailəsi üçün qalmaqallı sözlər danışılıb. Gənc futbolçunu və ailəsini hədəf alan istifadəçilərdən biri, "Bircə arzum müqavilə imzalamağa gedərkən onun təyyarəsinin qəzaya uğraması və ailəsinin dağılmasıdır”, sözlərini söyləyib.

Ona ​​və ailəsinə deyilən bu biabırçı sözlər kəskin reaksiyalara səbəb olub. Bir çox istifadəçi futbolçunun ünvanına səsləndirilən bədbin sözlərə qarşı çıxıb.

Arda ​​Türkiyədə doğulan və bu ölkədə yetişəndən "Real"a transfer edilən ilk türk futbolçu ünvanına sahib olub.
 

 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->