Xəbər lenti

İdman 17:40 25.10.2022

"Qəbələ" idmançısı ilə yeni müqavilə bağladı

"Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Nəriman Abbasov arasında müqavilə uzadılıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı idmançı ilə yeni anlaşma bir ili əhatə edir. Müqavilənin imzalanması mərasimindən sonra "Qəbələ"nin prezidenti Fariz Nəcəfov döyüşçü və onun məşqçisi Şəhriyar Abbasovla görüşüb.
 
Tədbirdə Nərimanın döyüşləri barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti idmançıya karyerasında uğurlar arzulayıb. Abbasov göstərilən dəstəyə görə "Qəbələ” İdman Klubuna təşəkkür edib, bütün döyüşlərdə qələbə üçün mübarizə aparacağını, Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün əlindən gələni edəcəyini bildirib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->