Xəbər lenti

“Nike”la əməkdaşlıq edən Ronaldo “Adidas”la göründü
İdman 19:20 20.07.2023

“Nike”la əməkdaşlıq edən Ronaldo “Adidas”la göründü

"Nike”la sponsorluq əməkdaşlığı olan Kriştiano Ronaldo "Al-Nassr”ın yoldaşlıq oyununda "Adidas”ın baldır qoruyucusu ilə görünüb.

Qaynarinfo-nun məlumatına görə, Ronaldo kapitan sarğısı geyinərək "Selta” ilə yoldaşlıq oyununda mövsümöncəsi ilk matçına çıxıb. Matç zamanı sponsoru olan "Nike”nin əsas rəqibi "Adidas”ın məhsulundan yararlanan superulduz diqqət mərkəzinə düşüb. 2003-cü ildən "Nike”la əməkdaşlıq edən portuqaliyalının ABŞ-nin idman malları nəhəngi ilə bir milyard dollarlıq müqaviləsi vardı. Bu müqavilə ömür boyu davam etməli idi. Lakin rəsmi qərar qəbul edilməsə də son məlumatlara görə, anlaşma 2016-cı ildə ləğv olunub. Ronaldo öz üzünün təsvirləri ilə düzəldilmiş baldır qoruyucularından tez-tez istifadə edir.
 
Xarici mətbuatda "Adidas"ın zərbə qoruyucalırından yararlandığına görə futbolçunun "Nike”la problem yaşaya biləcəyi yazılıb.

"Al-Nassr” yoldaşlıq görüşündə "Selta”ya 0:5 hesabı ilə məğlub olub. Ərəb klubunun qapısına bütün qollar Ronaldo və yeni transfer Marselo Brozoviçin əvəzlənməsindən sonra vurulub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->