"Tottenhem"in futbolçusu Harri Keyn yeni rekorda imza atıb.
Qaynarinfo-nun məlumatına görə 30 yaşlı hücumçu buna "Kristal Pelas"la matçda nail olub. İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində rəqiblərinə 4:0 hesabı ilə qalib gəldikləri oyunda dubl edən Keyn bununla da qollarının sayını 198-ə çatdırıb. Hücumçu yığmanın sabiq forvardı Alan Şirerin 300 matçda ən çox fərqlənmə rekordunu qırıb.
Şirer Premyer Liqadakı ilk 300 qarşılaşmada 196 dəfə rəqib qapılarına yol tapmışdı.
Səbuhi Həsənov
Şərhlər