İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün sonuna qədər komandanın başında olacaq.
Qaynarinfo xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində mübarizəni dayandıran İngiltərə yığmasının baş məşqçisi 2024-cü ilin dekabrına qədər müqaviləsi olan Sautqeytlə yoluna davam edə bilməyəcəyi ilə bağlı iddialar sona çatdı.
İngiltərə Futbol Assosiasiyasının (FA) baş meneceri Mark Bullinqem ölkə mətbuatına verdiyi açıqlamada 52 yaşlı məşqçinin milli komandanı çalışdırmağa davam edəcəyini bildirib.
2016-cı ildən millinin "sükanı" arxasında olan Sautqeytin rəhbərliyi altında İngiltərə DÇ-2018-in yarımfinalında mübarizədən kənarlaşdırılıb, AVRO-2020-də isə finala qədər yüksəlib.
Səbuhi Həsənov
Şərhlər