Xəbər lenti

Surroqat analardan 21 uşaqları var - 105 övlad anası olmaq istəyir
Dünya 21:42 19.11.2024

Surroqat analardan 21 uşaqları var - 105 övlad anası olmaq istəyir

Türk milyonçu Qalib Öztürk və Kristina Öztürk (Qaqarkina) surroqat analardan 21 uşaq böyüdür.

Qaynarinfo xəbər verir ki, Kristina Öztürkün 27 yaşı var. O, Rusiyada doğulub böyüyüb, daha sonra Gürcüstanda 56 yaşlı türk milyonçu Qalib Öztürklə tanış olub. Onlar 2020-2021-ci illərdə Batumidə məskunlaşıblar. Reproduktiv tibb klinikasında surroqat analardan uşaqların doğulmasına 160.000 avro sərmayə qoyub.

Nəticədə 21 körpə dünyaya gəlib: Mustafa, Məryəm, İrin, Alisa, Həsən, Cudi, Harper, Tereza, Hüseyn, Anna, İzabella, İsmayıl, Mehmet, Əhməd, Əli, Kristina, Alna, Sara, Lokman, Alparslan və Oliviya. 

Kristinanın əvvəlki münasibətindən 10 yaşlı Viktoriya adlı qızı, Qalibin isə əvvəlki evliliyindən 9 övladı var.

Kristina sosial şəbəkələrdə bloq açıb, burada 105 uşaq anası və dünyanın ən böyük ailəsinə sahib olmaq arzusunda olduğunu açıqlayıb. O, ailənin ildə təxminən 115 min avro xərclədiyi 16 dayənin ona kömək etdiyini bildirib. 

Qalib Öztürk Metro Şirkətlər Qrupunun sahibi və 2005-ci ildə yaradılmış "Türkiyə Avtobus Sürücüləri Federasiyası"nın qurucu prezidentidir. O, Türkiyədə dəfələrlə həbs edilib və azadlığa buraxılıb. Qalib Öztürk Qvvət Köseoğlunun qətlinə təhrik etdiyi iddiası ilə ilk olaraq ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Daha sonra məhkəmə iclasda yaxşı davranışını nəzərə alaraq onun cəzasını ömürlük həbslə əvəz edib. 19.04.2013-cü il tarixdə keçirilən məhkəmə iclasında sərbəst buraxılıb. Daha sonra ömürlük həbsi təsdiqlənən Qalib Öztürk Ali Məhkəmənin qərarından əvvəlcədən xəbər tutaraq Gürcüstana qaçıb.

O, həmçinin 2023-cü ildə Gürcüstanda narkotik maddələrin saxlanılmasına görə həbs edilib və 8 il iş alıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->