Xalq artisti Bilal Əliyevə 25-30 min manatlıq ətir hədiyyə olunub.
Bu barədə Qaynarinfo-ya müğənninin özü məlumat verib.
Sənətçi ona Londonda səfərdə olarkən 30 ədəd ətirin hədiyyə olunduğunu bildirib:
"Hər birinin qiyməti 800-900 manatdır. London uzaq bir yerdir, tez-tez getmək olmur. İki ildən bir gedirəm. Özü də mən ətirsiz evdən çıxmıram. Bir ətiri 15 gün istifadə edirəm. Hər gün geyinib proqramlara, dəvətlərə gedirəm. Gündə ən azı 4-5 məkanda oxuyuram".
Bilal Əliyev deyib ki, ətirləri ona Londonda 3 dostu bağışlayıb:
"Dostlarımla bir masa arxasında idik. Dedilər sənətkar, sənə hədiyyələr almaq istəyirik. Amma hədiyyə sizin ehtiyacınız olan bir şey olsun, hansını ki, siz onu buradan almaq istəyirsiniz. Dedim ətir alın, özü də istədiyimi - "Davidoff" və "Bleu Chanel". Doslarımın birinin kefi yaxşı idi, o anda dedi ki, 10 ədədi məndən hədiyyə. O biri də qayıtdı ki, 10-u da məndən hədiyyə. 3-cü dostum da dedi ki, 10-nu da mən alıram. Beləcə, 30 ətir aldılar. Mən də həmişə onların qulluğundayam. Ordan zəng edən kimi baş üstə deyib, qulluqlarında dayanıram. Belə işlər qarşılıqlıdır".
"Ətirlərdən birini mənə hədiyyə edərsiniz" sualına Xalq artistinin cavabı belə oldu:
"Qurbandır, amma onlar qadın üçün deyil, kişi ətirləridir. Qadın üçün olsaydı, biri sizin idi".
Bahar Rüstəmli
Şərhlər