Xəbər lenti

Aleks De Souzanın yeni klubu müəyyənləşdi
İdman 17:05 16.11.2022

Aleks De Souzanın yeni klubu müəyyənləşdi

"Fənərbağça"nın əfsanəvi futbolçularından olan karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyətə başlayan braziliyalı Aleks de Souzanın yeni klubu bəlli olub.

Qaynarinfo-nun məlumatına görə  Braziliya A Seriyasından B Seriyasına düşmüş "Avai", keçmiş futbolçu ilə 2023-cü il mövsümü üçün razılığa gəldiklərini açıqladı. Onun köməkçiləri isə Oliveyra və Joao Paulo Kavalkanti olacaq. Rəsmi imzalanma mərasimi noyabrın 22-də keçiriləcək. 

Məşqçilik karyerasına "Sao Paulo"nun B komandasında başlayan Souza, Braziliya Futbol Konfederasiyasının Akademiyasından Pro A və Pro B lisenziyalarını aldıqdan sonra yeni klubu ilə müqavilə bağlayıb. 

Souza açıqlamasında "Avai" mənə məşqçi kimi işə başlamaq şansı verdi. Rəhbərliyə təşəkkürlərimi bildirirəm, ən yaxşı şəkildə qarşılıq vermək üçün çox çalışıb özümü kluba həsr edəcəyəm" - deyib.

2004-2012-ci illərdə forma geyindiyi "Fənərbağça"da 3 dəfə liqa çempionluğu qazanan sabiq braziliyalı 2014-cü ildə aktiv karyerasını başa vurub. Aleks 48 dəfə geyindiyi Braziliya millisinin forması ilə 1999 və 2004-cü illərdə "Amerika Kuboku"nu qazanıb. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->