Xəbər lenti

Aleks De Souzanı postundan qovdular
İdman 13:50 04.05.2023

Aleks De Souzanı postundan qovdular

"Fənərbağça"nın əfsanəsi Aleks de Souza baş Braziliya B Seriyasında çalışdırdığı "Avai" ilə yollarını ayırıb.

Qaynarinfo-nun məlumatına görə, Braziliya klubunda uğursuz davamiyyətə mane ola bilməyən Aleksin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun sosial media hesabı vasitəsilə ictimaiyyətə məlumat çatdırılıb. Açıqlamada Aleksin köməkçiləri De Oliveyra və Joao Kavalkantinin də klubdan ayrıldığı bildirilib.

2023-cü il yanvarın 1-də komandanın sükanı arxasına keçən braziliyalı 18 rəsmi oyunda 6 qələbə, 3 heç-heçə, 9 məğlubiyyətlə yadda qalıb.

45 yaşlı məşqçinin çalışdırdığı "Avai”  sonuncu dəfə evdə "Vila Nova”ya 0:3 hesabı ilə uduzub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->