Xəbər lenti

Sənət 19:55 06.11.2024

"Oz sehrbazı"nın yaqut ayaqqabıları oğurlandıqdan 20 il sonra satışa çıxarıldı

Məşhur aktrisa və müğənni Cudi Qarlandın "Oz sehrbazı" filmində geyindiyi yaqut başmaqlar oğurlandıqdan 20 il sonra hərraca çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, hərrac ABŞ-ın Texas ştatının Dallas şəhərində "Heritage Auctions" tərəfindən açıq elan edilib.

Onlayn keçirilən tender dekabrın 7-dək davam edəcək.

Qeyd edək ki, biser və muncuqlarla bəzədilmiş ayaqqabıların əsl sahibi suvenir kolleksiyaçısı Maykl Şou olub. Şou bu ayaqqabıları 2005-ci ildə müvəqqəti olaraq Minnesota ştatının Grand Rapids şəhərindəki "Judy Garland” muzeyinə vermişdi. 

Lakin ayaqqabılar həmin yay muzeydən oğurlanmışdı və  2018-ci ildə onu oğurlayan şəxs saxlanılana qədər itkin hesab olunurdu. 

Ayaqqabıları oğurlayan 76 yaşlı Terri Con Martin isə səhhətində yaranan problemlərə görə yanvar ayında həbs cəzasına məhkum edilmişdi. Martin keçmiş partnyoru ayaqqabıların əsl daş-qaşlarla bəzədildiyini dedikdən sonra vitrin qabını çəkiclə sındıraraq oğurladığını etiraf edib.

Hərraca "Oz sehrbazı” filmindən digər xatirə əşyaları da daxildir. Bunlar arasında  Qərbin Pis Cadugərinin geyindiyi papaq və Kanzasdakı baş qəhrəman Dorotinin evinin qapısı da var.
 
Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->