"Sportinq” klubunun isveçli hücumçusu Viktor Qyokeres Çempionlar Liqasında "Mançester Siti” ilə oyunda (4:1) het-trik edib.
Qaynarinfo "Squawka”ya
istinadən xəbər verir ki, bunun sayəsində 26 yaşlı futbolçu Çempionlar Liqasında "şəhərlilərin” qapısına üç qol vuran üçüncü oyunçu olub.
Bundan əvvəl, 2016-cı ildə "Barselona”nın keçmiş ulduzu Lionel Messi, 2021-ci ildə isə hazırda "Çelsi”də çıxış edən Kristofer Nkunku bunu bacarıb.
Həmçinin bildirilir ki, Viktor Qyokeres Çempionlar Kubokunda (Çempionlar Liqası) het-trik edən ilk "Sportinq” oyunçusu olub. Sonuncu dəfə Antonio Oliveyra bunu 1982-ci ildə Dinamo Zaqreblə matçda bacarıb.
Bu mövsüm Qyokeresin inanılmaz statistikası var - 17 matçda 23 qol və 4 məhsuldar ötürmə.
"Sportinq” hazırda Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində ikinci yerdədir.
Nizami Bağırov
Şərhlər