ABŞ-ın 47 ci prezidenti seçilən Donald Tramp geosiyasi dəyişiklərə nail ola biləcəkmi? Vurğulayaq ki, ABŞ dünyanın yeganə hegemonu olmaq istəyir və kimin bu ölkəyə rəhbərlik etməsinin böyük önəmi yoxdur. Tək güc statusunu Vaşinqton heç kəslə bölüşmək niyyətində deyil.
Artıq NATO və BMT belə oyuncağa çevrilir. ABŞ və trans milli korporasıyalar yeni düzən formalaşdırır. Tramp da məhz həmin şirkətlərin ortaya çıxartdığı fiqurdur.
London və Vaşinqton dünya hegemonluğuna can atır. Yeni qlobal güc kimi adı hallanan Çinin maliyə dairələri belə ABŞ şirkətlərindən asılıdır. Çinin Orta Asiyaya nəzarətinə də ABŞ uzun müddət seyrçi qala bilməz. Türk-slavyan birliyi mif olduğu kimi, türk-ingilis birliyi də mifdir. Pakistan və Türkiyə regional gücdür. Lakin bütün bunlar Vaşinqton və Londonun maraqlarına uyğundur.
Rusiya prezidenti Putinin ətrafı da London tərəfindən alınıb. Bu oyunda nə Putinə, nə başqa güclü fiqurlara yer yoxdur. Dünyanın yeni düzəni qurulur. Yeni düzən üçün böyük qanlar tökülür və töküləcək. Rusiya məğlubdur. Bölgəni yeni dizayn gözləyir. İstisna olmayacaq. Tramp da yeni düzən uğrunda savaşa başlayacaq.
Siyasət şöbəsi
Şərhlər