Boris Conson ABŞ prezident seçkiləri ərəfəsində Donald Trampı dəstəkləyib və onun Ağ Evə qayıdışının "dünyanın tam olaraq ehtiyac duyduğu şey" ola biləcəyini deyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” məlumat
yayıb.
Böyük Britaniyanın keçmiş baş naziri iddia edib ki, Tramp Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləsə, onun yeni rəhbərliyi bütün dünya üçün böyük qələbə ola bilər.
"Mən sadəcə Trampın ukraynalıları tək qoyacağına inana bilmirəm. Əksinə, Putinlə heç bir razılaşmanın olmadığını şübhəsiz ki, başa düşdükdən sonra, səylərini ikiqat artıracağına və başladığı işi sona çatdıracağına inanıram. Onlara qalib gəlmək üçün lazım olanı verəcək... Əgər belədirsə, o zaman Trampın dövründə Qərbin daha da güclənəcəyi və dünyanın daha sabit olacağı ehtimalı var", deyə Conson yazıb.
Conson iddia edir ki, indi dünyanın güc tətbiq etmək istəyi və mütləq gözlənilməzliyilə Qərbin düşmənləri üçün ciddi maneə yaradan ABŞ liderinə ehtiyacı var.
Nizami Bağırov
Şərhlər