Təbriz klubu "Traktor" Azərbaycanın İrandakı səfirliyinə terror hücumuna münasibətini bildirib.
Qaynarinfo-nun məlumatına görə, klub hadisəni pisləyib. Açıqlamada "Qardaş acısını qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!” sözləri yer alıb.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Səbuhi Həsənov
Şərhlər