"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ildə aparılacaq tikinti, təmir, abadlıq işləri üçün tələb olunan müxtəlif markalı sementin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib.
"Bakı Metropoliteni" QSC ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 827 997,89 manatdır.
"Holcim (Azərbaycan)" ASC Azərbaycanda sement istehsalı sahəsində aparıcı şirkətlərdən biri hesab edilir.
Seyid
Şərhlər