Xəbər lenti

İdman 18:40 10.07.2023

"Sportinq"in sabiq futbolçusu "Turan Tovuz"da

"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Qaynarinfo-nun məlumatına görə, klub Budaq Nəsirovu heyətinə qatıb. Klubdan verilən açıqlamada 26 yaşlı futbolçu ilə üçillik rəsmi müqavilə bağlandığı bildirilib.

Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz" və "Sportinq"də (Portuqaliya) çıxış edib.

O, aşağı yaş qrupları üzrə millilərimizlə yanaşı əsas yığmanın da formasını geyinib.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->