Xəbər lenti

Hakerlər “BingX”i sındıraraq 43 milyonluq kriptovalyuta oğurladı
Dünya 11:49 20.09.2024

Hakerlər “BingX”i sındıraraq 43 milyonluq kriptovalyuta oğurladı

Sinqapur kriptovalyuta birjası "BingX” hakerlərin hücumuna məruz qalıb. Hadisə kriptovalyutada 43 milyon dollar itki ilə nəticələnib.

Bu barədə Qaynarinfo "The Block”a istinadən xəbər verir.

"PeckShield”in təhlükəsizlik üzrə analitikləri bildiriblər ki, oğurlanmış vəsaitlərin əksəriyyəti bir neçə tranşla köçürülüb.

"BingX”in məhsul üzrə direktoru Vivyen Linin sözlərinə görə, insident sentyabrın 20-də səhər saat 04:00-da (Bakı vaxtı ilə 00:00) aşkarlanıb. Eyni zamanda, texniki qrup birjanın "qaynar” pul kisələrində "haker hücumu şübhələrini artıran qeyri-adi şəbəkəyə giriş" aşkar edib.

"Biz dərhal ehtiyat planımızı işə saldıq, o cümlədən aktivlərin təcili köçürülməsi və pul çıxarılmasının dayandırılması. Aktivlərdə cüzi itki olub”, - Lin əlavə edib.

Bundan əlavə, birja növbəti itkilərin qarşısını almaq üçün vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırıb. 24 saat ərzində funksiyanı qaytaracaqları vəd edilir. Xüsusilə istifadəçilər üçün kompensasiya planı hazırlanacaq.

"İndiyə qədər biz yalnız kiçik itkilərə məruz qalmışıq və bununla da məşğul olmuşuq. Aktivlərin əksəriyyəti "soyuq” pul kisələrində təhlükəsizdir, "qaynar” pul kisələrdə isə yalnız kiçik bir hissə təsirlənib”, - birja əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->