Xəbər lenti

Sağlam qidalanma ilə bağlı seminar keçirildi (FOTOLAR)
Foto 12:21 23.10.2023

Sağlam qidalanma ilə bağlı seminar keçirildi (FOTOLAR)

Umay Təlim Mərkəzi sağlam qidalanma mövzusunda maarifləndirici seminar keçirib.

Seminarı giriş sözü ilə açan Mərkəzin rəhbəri, jurnalist Sevinc Fədai iştirakçıları salamlayıb, sağlam qidalanma mövzusunda fərqindəlik yaratmağın önəmini vurğulayıb. 

"Nə yesən, ondan ibarətsən" mövzulu seminarı uşaq həkimi, "Bilikli ana" kursunun təsisçisi Aytən İsmayılzadə və funksional dietoloq-həkim Elvira Ağabəyzadə aparıb. Onlar sağlam qidalanma vərdişlərinin yaradılması ilə bağlı danışıb, qidalanmamızda etdiyimiz yanlışların insan həyatı, düşüncə və davranışlarına təsirindən söz açıblar.  

"Venatura" sağlam qida əlavələri şirkəti və "My body" Bərpa Mərkəzinin dəstəyi ilə baş tutan seminar iştirakçıların sualları, müzakirə ilə davam edib. Sonda xanımlar arasında püşkatma keçirilib və ondan çox xanım hədiyyə qazanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->