Xəbər lenti

Millimiz Gürcüstanda yoxlama oyunları keçirəcək
İdman 14:26 13.07.2022

Millimiz Gürcüstanda yoxlama oyunları keçirəcək

Kişi həndbolçulardan ibarət Azərbaycan komandası Gürcüstanda yoxlama oyunları keçirəcək

Qaynarinfo xəbər verir ki, 5-ci İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında iştirak edəcək kişilərdən ibarət yığma komandamızın məşqləri davam edir. "Sərhədçi” Olimpiya İdman Mərkəzi və "ABU Arena”da gündə iki dəfə olmaqla hazırlıq keçən komandaya 16 idmançı qatılıb.

Hər gün davam etdirilən hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir.

İyulun 22-dən etibarən Gürcüstana yollanacaq millimiz növbəti təlim-məşq toplanışına start verəcək. İyulun 29-dək davam edəcək hazırlıq çərçivəsində yerli komandalar ilə bir neçə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->