Kriştiano Ronaldo, Lionel Messi və Kərim Benzema üçün uğurun gizli resepti nədir? Yəqin ki, bu sualın cavabı bir çoxunu maraqlandırır.
Qaynarinfo xəbər verir ki, yaşları 35-dən çox olan ulduzlar hələ də ən yüksək səviyyədə oynayıb inkişaf edirlər. Onların bu səviyyədə oynamasının səbəblərindən biri də qəbul etdikləri qidalardır. İspaniyanın məşhur "Marca" və "Mundo Deportivo" nəşrləri bu üçlüyün qida rasionunda daim dəniz yosunu olduğunu iddia edib. İddiaya görə onların meydanda və kənarda qazandığı uğurlar dəniz yosununun pəhrizlərinin əsas hissəsinə çevirmələri ilə bağlıdır.
Dəniz yosunu 70 faiz protein ehtiva edən və vitaminlərlə (A, B1, B2, C, D, E və K) zəngin olan Spirulina ilə doludur. Həmçinin bu qidanın maddələr mübadiləsini sürətləndirdiyi və toksinləri bədəndən xaric etdiyi bildirilir. İspaniyada bir çox tanınmış ulduzların şəxsi aşpazı, dəniz yosunu istehlakının böyük tərəfdarı olan Alberto Mastromatteo bu bitkidə böyük qida dəyəri olduğunu deyib.
Səbuhi Həsənov
Şərhlər