Xəbər lenti

Bilal Əliyevdən Məleykə Əsədovanın keçmiş əri ilə bağlı etiraf
Maqazin 20:35 18.11.2024

Bilal Əliyevdən Məleykə Əsədovanın keçmiş əri ilə bağlı etiraf

Xalq artisti Bilal Əliyev həmkarı Məleykə Əsədova ilə bağlı etiraf edib.

Müğənni "Qonaqcanlı" verilişində aktrisanın onun qohumu ilə ailə qurduğunu deyib. B.Əliyev bildirib ki, Əsədovanın anası ilə yaxın dost olublar:

"Məleykə bütün arzularına çatmışdı, amma ailə qurmaq istəmirdi. Anası deyirdi ki, vaxt keçir ailə qur. Məleykə də deyirdi, evlənmək istəmirəm. Axırda anası ilə dərtləşəndə dedi, sənin sözünü yerə salmaz. Gəldim Məleykəyə yalvardım. İş elə gətirdi ki, Məleykə bizim qoxumla ailə qurdu. İndi onun övladı Gülər mənim qohumumdur. Muradın qızıdır".

Qeyd edək ki, M.Əsədova illər əvvəl həyat yoldaşından ayrılıb. //Axşam.az 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->