Meyxanaçı Ələkbər Yasamallı sənətdən uzaqlaşıb.
Qaynarinfo xəbər verir ki, ifaçı bu haqda "El canlı" verilişində deyib. O bildirib ki, artıq bizneslə məşğuldur:
"Tikinti işi ilə məşğulam. Bir dostumla ev tikib satırıq".
Meyxanadan danışan Ələkbər "Meyxananın bərbat olmağında meyxanaçılar günahkardır. Amma meyxananın sütunları da getdi. Biz həm pul qazanırdıq, həm də sənəti sevirdik" sözlərini əlavə edib.
Şərhlər