Karyerası boyunca 7 dəfə "Qızıl top" mükafatını qazanmaqla rekorda imza atan Lionel Messi 2022-ci ildə bu mükafata kimin sahib olacağı haqda proqnozunu verib.
Qaynarinfo xəbər verir ki, o, bu il mükafatı başqa bir futbolçunun qazanacağını deyib. Argentinalı superulduz açıqlamasında məhz "Real"ın futbolçusu Kərim Benzemanın "Qızıl top"u qazanacağını bildirib: "Heç bir şübhəm yoxdur, çox aydındır ki, Benzema möhtəşəm bir il keçirdi və özünü Çempionlar Liqasına həsr etdi. Bu il nun "Qızıl topu" qazanacağına şübhəm yoxdur. "Real" məni və soyunub-geyinmə otağındakı hər kəsi "öldürdü". Çox ümidimiz vardı. Bu, məndə yenidən qalib gəlmək istəyi yaradır. Amma ən yaxşı komanda həmişə Çempionlar Liqasını qazanmır. Onlar bu yarışda ən yaxşı komanda deyildi, amma yenə də hamını məğlub etdilər".
Bu mövsüm oyunu ilə adından söz etdirən Benzema ümumilikdə 44 qola, 15 məhsuldar ötürməyə imza atıb. O, "Real"ın La Liqa və Çempionlar Liqasını qazanmasında önəmli rol oynayıb. Messi və Kristiano Ronaldonun "Ballon d'Or"da dominantlıq etdiyi bir dönəmdə yalnız Luka Modriç bu mükafatı qazanıb. Xorvatiyalı futbolçu 2008-ci ildə bu uğura nail olub. Messidən sonra "Qızıl top"u ən çox qazanan futbolçu Ronaldodur.
Səbuhi Həsənov
Şərhlər