Bu gün tanınmış ictimai-siyasi xadim, sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatından bir il ötür.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə bu münasibətlə, nazirliyinin rəhbərliyi və kollektivi 2-ci Fəxri Xiyabanda mərhumun məzarını ziyarət ediblər. Məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi yad edilib.
2006-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifələrində çalışıb.
Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat edib.
Səbuhi Həsənov
Şərhlər