Xəbər lenti

COVID-ə yoluxma sayı niyə artır və yeni pandemiyaq mümkündürmü? – Professor
Sağlamlıq 17:45 18.08.2023

COVID-ə yoluxma sayı niyə artır və yeni pandemiyaq mümkündürmü? – Professor

"ÜST-ün raportuna əsasən, SARS-2 virusunun törətdiyi COVİD-19 pandemiyası bitib". 

Bu sözləri Qaynarinfo-ya tibbi ekspert Adil Qeybulla deyib. 

Professor qeyd edir ki, pandemiyanın yenidən baş qaldırması mümkün deyil: 
 


"Vaksinasiya və kütləvi yoluxmalardan sonra immunitetin yaranması infeksiya zəncirini qırıb. Ancaq virus hələ tam yoxa çıxmadığı üçün epizodik yoluxmalar qalıb. Bunlar lokal epidemiyalar yarada bilərlər. Amma virus əvvəlki kimi Alfa, Betta, Qamma, Delta ştamlarında olduğu kimi mənzərə yarada bilməz. Virus ya tamamilə sıradan çıxıb yox olmalıdır, ya da insanlarda soyuqdəymə yaradan 4 virusdan biri kimi qalacaq. Yoluxmaların sayının artması mütəmadi mutasiya ştamlarının əmələ gəlməsi ilə bağlıdır. Hazırki mutasiya ştamının da yoluxuculuq indeksi yüksəkdir, amma öldürücü, ağırlaşdırıcı indeksi xeyli aşağıdır. Ona görə ölüm sayı aşağı, yoluxma sayı yüksəkdir. Bu, infeksiyanın tədricən sönməsinə doğru getməsidir". 

Xatırladaq ki, ÜST-un yaydığı yeni məlumata görə, iyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63 faiz artıb, ölənlərin sayı isə 56 faiz azalıb.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->