Xəbər lenti

COP29-u mövcud olmayan “Dağlıq Qarabağ” məsələsi ilə pozmağa cəhd etmək yolverilməzdir
Siyasət 13:17 07.10.2024

COP29-u mövcud olmayan “Dağlıq Qarabağ” məsələsi ilə pozmağa cəhd etmək yolverilməzdir

İqlim dəyişikliyi konfransı konstruktiv dialoq üçün bir imkandır, iqlim tədbirləri ilə bağlı irəliləyişə maneə yaratmaq və diqqəti əlaqəsiz geosiyasi münaqişələrə yönəltmək üçün bir fürsət deyil.

Anar Cahangirli

The National Interest nəşrində Tomas Bekerin müəllifliyi ilə dərc olunmuş məqalə Azərbaycanla Ermənistan arasındakı münaqişəyə olduqca birtərəfli baxışı təqdim edir, bu mövzunu formalaşdıran əsas tarixi, siyasi və hüquqi amilləri nəzərə almır. Müəllif guya insan haqlarının pozulmasına diqqət yetirir və Azərbaycanı "etnik təmizləmə”də ittiham edir, lakin reallıq daha mürəkkəbdir və münaqişəni yalnız "bir tərəfin qurbanı” kimi təqdim etmək vacib konteksti gözardı edir.

İlk növbədə, qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ (keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayətinin” qısaldılmış adı) beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır, bu, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya ölkələri, o cümlədən Ermənistan tərəfindən qəbul edilən faktdır. Müəllifin bölgənin erməni əhalisi tərəfindən müstəqil idarə edilməsi iddiası, bu idarəçiliyin Sovet İttifaqının dağılması dövründə yaranmış qanunsuz separatçı hərəkatın və nəticədə bölgənin 600,000-dən çox azərbaycanlı əhalisinin "etnik təmizlənməsi” nəticəsində baş verdiyini nəzərə almır. Separatçı kampaniya Ermənistan tərəfindən dəstəklənirdi ki, bu da beynəlxalq hüquqa zidd olaraq keçmiş Dağlıq Qarabağ Vilayətindən kənarda yerləşən Azərbaycan ərazilərinin işğalına səbəb olmuşdur, bu fakt Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən "Çıraqov Ermənistan qarşı” məhkəmə işində təsbit edilmişdir.

1992-ci il Xocalı qırğını bütün dünya azərbaycanlılarında böyük sarsıntı yaratmışdır: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin amansızcasına qətlə yetirilmişdir. Bu yara heç vaxt sağalmamışdır və Ermənistan məsuliyyətini dinləmək və qəbul etmək üçün heç nə etməmişdir. Müharibələr heç vaxt nəciblik nümayiş etdirməyin ən yaxşı nümunəsi olmasa da, Xocalı qırğını amansızlıqdan daha betər idi - bu, nifrət və qisasın nümayişi idi. Təəssüf ki, 2020-ci il İkinci Qarabağ müharibəsi də hər iki tərəfdən hərbi cinayətlər törədilməsi barədə ittihamların irəli sürülməsi baxımından istisna olmadı, lakin məqalə erməni hərbçiləri tərəfindən törədilən cinayətləri gözardı edir.

Məqalədə həmçinin Azərbaycanın ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlar yolu ilə münaqişəni həll etmək öhdəliyi də qeyd olunmur. Ötən illər ərzində Ermənistan işğal edilmiş ərazilərdə möhkəmlənməkdə davam edirdi və beynəlxalq hüquqa zidd olaraq bu bölgələrdə qanunsuz məskunlaşma proqramına başlamışdı. Azərbaycanı "təcavüzkar” kimi təqdim etmək o faktı nəzərə almır ki, Azərbaycanın 2020-ci ildə hərbi əməliyyatları eyd edilən pozuntulara və Ermənistanın xoş niyyətlə danışıqlar aparmaqdan imtinasına cavab idi.

"Etnik təmizləmə” ifadəsinin işlədilməsi də çox problematikdir. Hələ ki, heç bir beynəlxalq orqan Qarabağ ermənilərinin köçünü belə xarakterizə etməmişdir. Son aylarda Azərbaycanın Qarabağ ermənilərinin nümayəndələri ilə görüşlər üçün dəfələrlə etdiyi çağırışlar cavabsız qalmışdı. Konstitusiyaya zidd hərbi bölmələrin davamlı mövcudluğu vətəndaşların və dövlətin təhlükəsizliyinə təhdid yaratdığı üçün Azərbaycan, 19 sentyabr 2023-cü ildə mina partlayışı nəticəsində fövqəladə hallar əməkdaşlarının və polislərin ölümü ilə bağlı hərəkətə keçdi.

Bu hərbi əməliyyatlar çox ani və effektli olmasına baxmayaraq, Azərbaycanın suverenliyini bərpa etmək kontekstində həyata keçirilmişdir — bu, beynəlxalq hüquqla (BMT Nizamnaməsinin 51-ci maddəsi) təsbit olunmuş bir hüquqdur. Müəllifin, Azərbaycanın öz torpaqları üzərində nəzarəti bərpa etmək səylərini "məhvetmə kampaniyası” kimi xarakterizə etməsi, faktların ciddi təhrif edilməsidir. BMT-nin bölgəyə səfər edən missiyası 20 sentyabrda atəşkəs razılaşmasından sonra "mülki şəxslərə qarşı zorakılıq” dəlillərini aşkar etməmişdir. Hərbi əməliyyatın başa çatmasından dərhal sonra Azərbaycan elan etdi ki, mülki əhali Azərbaycan vətəndaşlığı üçün müraciət etdikləri halda qala bilər. Erməni əhalisinin bpyük əksəryyəti könüllü olaraq Ermənistana köçmək qərarına gəldi və Azərbaycan sərhədin qarşı tərəfinə keçmək üçün lazımi şəraiti yaratdı.

Məqalədə Azərbaycanı "soyqırımı ritorikası” ilə məşğul olmaqda da ittiham edirlər və guya Prezident İlham Əliyev tərəfindən səsləndirilən bəyanatlara istinad edirlər. Bu bəyanatlar kontekstdən çıxarılıb və yanlış şərh olunub: onlar zorakılıq vasitəsilə Azərbaycanın suverenliyini zəiflətməyə çalışanlara qarşı yönəlmişdi, ermənilərə etnik qrup kimi deyil. Prezident Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan qanunlarına və suverenliyinə hörmətlə yanaşdıqları halda, ölkə etnik ermənilərə qarşı heç bir düşmənçilik bəsləmir.

Bu il Azərbaycan BMT-nin iqlim dəyişikliyi ilə bağlı yüksək səviyyəli COP29 konfransına ev sahibliyi edəcəkdir. Bu, zamanımızın ən aktual problemi — iqlim dəyişikliyi ilə bağlı məsələləri həll etmək üçün bir forumdur. Belə yüksək səviyyəli tədbirin Azərbaycanda keçirilməsi Ermənistanla Azərbaycan arasında olan kompromisin nəticəsi idi. Buna görə də bu, konstruktiv dialoq üçün bir imkan kimi qəbul edilməlidir, məqalə müəllifinin təklif etdiyi kimi, əlaqəsiz geosiyasi münaqişələrə diqqət yönəltməklə iqlim tədbirləri ilə bağlı irəliləyişi məhdudlaşdırmaq üçün fürsət kimi deyil.

Azərbaycan və Ermənistan hələ də bir-birinə qarşı ittihamlar irəli sürdüyü bir zamanda, hər iki tərəf sülh müqaviləsinin son məqamlarını razılaşdırmaq üçün ciddi şəkildə çalışır. Sərhədin kiçik bir hissəsi artıq müəyyənləşdirilmiş və razılaşdırılmışdır. Xoş xəbər budur ki, biz bu iki xalqın tarixində ən dinc dövrü yaşayırıq. Fürsət və siyasi iradə mövcuddur və tərəflər çoxillik düşmənçiliyə son qoymaq üçün son bir addım atmalıdırlar. Sülh əlimizdədir və bu dəfə biz onun əlimizdən çıxmasına icazə verə bilmərik.

Anar Cahangirli ADA Universitetində dövlət siyasəti üzrə müəllimidir. A.Cahangirli Azərbaycan-Kanada şəbəkəsinin İdarə Heyətinin sədri olmuşdur. A.Cahangirli diplomatiya, beynəlxalq inkişaf, kommunikasiya və ictimai işlər sahəsində çalışmış və Harvard Universitetinin Kennedi İdarəetmə Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsini almışdır. Onu X-də izləyin: @AnarJahangirli.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->