Xəbər lenti

Deputat Milli Məclis sədrinə yeni səlahiyyətin verilməsini istəyir
Siyasət 13:28 18.10.2024

Deputat Milli Məclis sədrinə yeni səlahiyyətin verilməsini istəyir

"Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bu gündə, 71 ildən sonra yenidən müstəqil dövlət qurmağın qürurunu bizlərə yaşatmış Milli Azadlıq Hərəkatının üzvlərini, hərəkatın lideri Əbülfəz Elçibəyi, müstəqilliyimizi və yeni yaranmış dövlətimizi qorumuş, onu dağılmaq təhlükəsindən xilas etmiş böyük dövlət adamı Heydər Əliyevi böyük ehtiramla yad edirəm". 

Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib:

Deputat Milli Məclisin Rəyasət Heyətinin fomalaşdırılması ilə bağlı təkliflə çıxış edib:

"Milli Məclisin adından kollegial bir orqan kimi qərarlar qəbul etmək, yaxud bəyanatlarla çıxış etmək, Milli Məclisin işinin təşkili ilə əlaqədar olaraq Milli Məclisin bəlkə də Rəyasət Heyətinin fomalaşdırılmasına ehtiyac var. Onsuz da sədrin liderliyi ilə, müavinlərin, komitə sədrlərinin iştirakı ilə Milli Məclisin işinin təşkili ilə bağlı mütəmadi olaraq iclaslar keçirilir. Amma bunu bəlkə rəsmiləşdirməyə ehtiyac var ki, iclaslararası dövrdə Milli Məclis adından bəyanatlarla çıxış edə bilsin. Onsuz da daxili nizamnaməyə görə, sədrin səlahiyyətlərinə o daxildir ki, o öz müavinləri və komitə sədrləri ilə birlikdə qanunvericilik üzrə illik planları hazırlayır və Prezident Administrasiyası ilə bunu razılaşdırır. Yəni bu iş onsuz da görülür, belə bir kollegial qurumun formalaşdırılması, məncə, müzakirə oluna bilər. Yaxud da Milli Məclisin sədrinə o səlahiyyətlər verilə bilər ki, Milli Məclisin iclaslararası dövrdə bəyanatlarla çıxış etmək imkanları olsun".   

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->