Səudiyyə Ərəbistanı təmsilçisi "Al-İttihad”ın fransız ulduzunu ölkəsində terrorçularla müqayisə ediblər.
Qaynarinfo-nun məlumatına görə, hətta təcrübəli hücumçunun Fransa vətəndaşlığından çıxarılması istənilib. Buna səbəb İsraillə Fələstin arasında gedən müharibəyə Benzemanınn sosial şəbəkələrdəki münasibəti olub.
İsrailin Qəzzaya hücumundan sonra paylaşım edən Kərim Benzema "Bütün dualarımız bir daha qadın və uşaqlar arasında ayrı-seçkilik etməyən ədalətsiz bombardmanların qurbanı olan bütün Qəzza sakinləri üçündir" - sözlərini yazıb.
Əlcəzair əsilli fransız futbolçunun bu paylaşımı Fransada kəskin qarşılanıb. Ölkənin daxili işlər naziri Gerald Darmanin açıqlamasında "Kərim Benzemanın "Müsəlman Qardaşlar” təşkilatı ilə bədnam əlaqələri var. Bu qruplaşma Avropada terrorçu adlandırılır.
Darmanindən başqa millət vəkilləri də Benzema üçün çağırış ediblər. Valerie Bouay futbolçunun Fransa vətəndaşlığından məhrum edilmıəsini istəyib.
Hücumçu hələ ki ittihamlara cavab verməyib.
Səbuhi Həsənov
Şərhlər