Xəbər lenti

ABŞ İsraillə “Hizbullah” arasında müharibənin qarşısını almaq istəyir -
Dünya 16:24 30.07.2024

ABŞ İsraillə “Hizbullah” arasında müharibənin qarşısını almaq istəyir - "Reuters"

ABŞ İsrail ilə Livanın "Hizbullah” hərəkatı arasında genişmiqyaslı müharibənin qarşısını almağa çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayır.

Qeyd olunur ki, Vaşinqton "Hizbullah”ın iyulun 27-də Qolan təpələrini atəşə tutmasına cavab olaraq İsrailin Livana hücumundan çəkindirmək məqsədi daşıyan diplomatik əməliyyata rəhbərlik edir.

Mənbələr bildiriblər ki, diplomatiya İsrailin reaksiyasını məhdudlaşdırmaq məqsədi daşıyır və onu əhalinin sıx məskunlaşdığı Beyruta və ya "Hizbullah”ın mərkəzi olan paytaxtın cənub ətrafına zərbə endirməməyə çağırır.

Bundan əlavə, ABŞ hava limanları və körpülər kimi əsas infrastrukturun hədəfə alınmamasını təmin etmək üçün çalışır.

Eyni zamanda, İsrail rəsmiləri bildiriblər ki, onlar "Hizbullah”a zərər vermək istəyir, lakin bölgəni genişmiqyaslı müharibəyə sürükləmək istəmir.

Adı açıqlanmayan iki diplomat qeyd edib ki, İsrail Beyruta, onun ətraf ərazilərinə və ya mülki infrastruktura hücumlardan yayınmaq üçün heç bir öhdəlik götürməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->