Xəbər lenti

1990 Dünya Çempionatının bombardiri və ən yaxşı futbolçusu vəfat etdi
İdman 16:39 18.09.2024

1990 Dünya Çempionatının bombardiri və ən yaxşı futbolçusu vəfat etdi

Bu gün, sentyabrın 18-də 1990-cı il dünya çempionatının bombardiri və futbolçusu Salvatore Skilaççi dünyasını dəyişib. İtalyalı ulduz bir neçə il idi ki, bağırsaq xərçəngi ilə mübarizə aparırdı.

Qaynarinfo xəbər verir ki, bir gün əvvəl Şkillaçinin ailəsi onun xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
 
Bununla belə, sabiq futbolçunun vəziyyətinin stabil olduğu və ən yaxşı həkimlərin ciddi nəzarəti altında olduğu qeyd edilib.

Qeyd edək ki, Salvatore Skilaççi 1997-ci ildə futbolçu karyerasını başa vurub. O, İtaliyanın "Yuventus”u və "İnter”in, eləcə də Yaponiyanın "Jubilo İvata”nın formasını geyinib.

1990-cı il Dünya Kuboku zamanı Şkillaçinin ulduzu parlayıb. O, çempionatı ehtiyat hücumçu kimi başlayıb, lakin ilk oyunda əvəzedici kimi meydana çıxdıqdan sonra qolla yadda qalıb. 

Nəticədə, o, hesabına 6 qol yazdırmaqla turnirin ən yaxşı futbolçusu kimi tanınıb və İtaliya millisi ilə bürünc medal qazanıb. Hücumçu sonuncu dəfə "Skuadra Adzurra"nın formasını 1991-ci il sentyabrın 25-də geyinib.

Qeyd edək ki, son zamanlar xərçəng daha iki əfsanəvi italyan qolçusunun həyatına son qoyub. 6 yanvar 2023-cü ildə Canluka Vialli, 9 dekabr 2020-ci ildə isə 1982-ci il Dünya Çempionatının qəhrəmanı Paolo Rossi vəfat edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->