Xəbər lenti

Zelenski: “Rusiyanın kölgə donanmasının qazancı Ukraynanın aldığı yardımlardan çoxdur”
Dünya 11:20 31.10.2024

Zelenski: “Rusiyanın kölgə donanmasının qazancı Ukraynanın aldığı yardımlardan çoxdur”

Ukrayna prezidenti Vladimir Zelenski qeyd edir ki, kölgə donanması* neft ixracı üçün Rusiya Federasiyasına Ukraynanın bütün tərəfdaşlarından aldığından daha çox pul gətirir. 

Qaynarinfo Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bunu Şimali Avropa ölkələrinin aparıcı KİV nümayəndələrinə müsahibəsində deyib. Prezidentdən Rusiyanın kölgə donanmasına qarşı hansı sanksiyaların tətbiq edilməli olduğu soruşulub. Zelenski deyib ki, bəzi tərəfdaşlar artıq Avropa İttifaqı səviyyəsində görüşlər zamanı belə sanksiyalarla bağlı məsələ qaldırıblar: "Onlar Rusiyanın öz donanmasını, xüsusən də Şimali Avropa ölkələrinin ərazi sularında üzənləri dayandırmağı hədəfləyirlər. Lakin bu, həqiqətən çətindir, təkcə Şimali Avropa ölkələrindən deyil, həm də bütün Aİ-dən qərar lazımdır”, - deyə Ukrayna prezidenti bildirib.

İZAH:
*Rusiyanın kölgə donanması ifadəsi, Rusiya tərəfindən iqtisadi sanksiyalardan yan keçmək və neft kimi karbohidrogen məhsullarını dünya bazarına gizli şəkildə çıxarmaq üçün istifadə olunan qeyri-rəsmi gəmi donanmasını ifadə edir. Bu donanma Rusiya şirkətlərinə və ya üçüncü tərəflərə məxsus olsa da, sanksiyalardan yayınmaq məqsədilə tez-tez gəmi adları və bayraqları dəyişdirilir. Eyni zamanda, bu donanma yük istiqamətlərini gizli saxlamaq üçün gəmilərin hərəkət izləyicilərini söndürmə kimi üsullardan istifadə edir. 
 

Rusiyanın bu "kölgə donanması" adlanan sistemdən qazandığı gəlir onun neft ixracını davam etdirməsinə və Ukrayna ilə müharibəni maliyyələşdirməsinə kömək edir.

Eyni zamanda, o hesab edir ki, Skandinaviya ölkələri bu məsələni qaldıra bilər, çünki söhbət təkcə puldan deyil, həm də ekoloji risklərdən və digər məsələlərdən gedir.

"Hesab edirik ki, Rusiya bu kölgə donanmasından ayda 10 milyarddan 12 milyarda qədər qazanır. Ukraynanın müharibə zamanı bütün tərəfdaşlardan aldığı dəstəyi hesablasanız, görərsiniz ki, onların donanması onlara daha çox pul gətirib. Ona görə də sanksiyalar işə yaramır. Əgər bu qədər pul qazana bilirlərsə, deməli, bu sanksiyalar işə yaramır. Daha doğrusu, işləyir, amma 100% yox”, - Zelenski qeyd edib.

Oktyabr ayında Aİ-nin ali nümayəndəsi Josep Borrell vurğulamışdı ki, Qərb Rusiya Federasiyasının kölgə donanmasının gəmilərinə qarşı sanksiyalar tətbiq etməlidir. Onun köməyi ilə Rusiya neft ixrac etməyə və Ukraynaya qarşı müharibə üçün vəsait qazanmağa nail olur. Rusiyanın karbohidrogen ixracı qabiliyyəti müharibəni davam etdirməsinə imkan verir. 

Eyni zamanda, G7 ölkələri Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra tətbiq edilən sanksiyalardan yan keçməsinin qarşısını almaq üçün tədbirlər görməyə söz veriblər. Bu, xüsusən də neftin qiymətinə qoyulan məhdudiyyətlərə aiddir.

Qeyd edək ki, oktyabrın 17-də Böyük Britaniya Rusiya Federasiyasının kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketini təqdim edib. 18 neft və dörd qaz tankeri bu sanksiyaların təsiri altına düşüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->