Cənubi Karolinada tədqiqat mərkəzindən 40 eksperimental meymun qaçıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
"Polis çərşənbə günü axşam Cənubi Karolina ştatında tədqiqat müəssisəsindən qaçan 40 meymunu axtarır", deyə məlumatda qeyd edilir.
Polis yerli sakinləri meymunların evlərinə girməməsi üçün qapı və pəncərələri bağlı saxlamağa, onlarla təmasda olmamağa çağırıb.
Polis bildirib ki, tələlər qurulub və məmurlar heyvanları geri qaytarmaq üçün termal görüntü kameralarından istifadə edirlər. Yemassee Şerif Departamentinin açıqlamasında bildirib: "Sakinlərə bu heyvanların evlərə girməsinin qarşısını almaq üçün qapı və pəncərələri bağlı saxlamaq tövsiyə olunur. Meymun tapan hər kəs ona yaxınlaşmamalı, əksinə 911-ə zəng etməlidir".
Şerif şöbəsi qaçan primatların cinsini dəqiqləşdirməyib, lakin şirkətin saytında onun makaka və kapuçin meymunları ilə işlədiyi bildirilir. Qaçan meymunların hansı sınaqlarda iştirak etdiyi, hər hansı xəstəliyə məruz qalıb-qalmadığı da məlum deyil. "Alpha Genesis" "NBC News"un sorğusuna cavab verməyib.
Şirkət "Meymun adası" kimi tanınan Cənubi Karolina sahillərindəki Morqan adasında 3500 meymundan ibarət koloniya idarə etmək üçün federal müqavilə bağlayıb.
"Post and Courier" qəzeti primatların qaçışının bu ilin may ayı da daxil olmaqla, ərazidə daha əvvəl bir neçə dəfə baş verdiyini yazıb.
Heyvanların kliniki sınaqlar, o cümlədən beyin xəstəliklərinin müalicəsi üçün meymunlarla işləyən "Alpha Genesis" şirkətinin tədqiqat mərkəzindən qaçdığı qeyd edilir.
Aydın
Şərhlər