Xəbər lenti

Pezeşkian: Prioritetimiz müsəlman ölkələri və qonşu dövlətlərlə münasibətlərdir
Siyasət 21:09 07.11.2024

Pezeşkian: Prioritetimiz müsəlman ölkələri və qonşu dövlətlərlə münasibətlərdir

Tehranın prioriteti müsəlman ölkələri və qonşu dövlətlərlə münasibətlərdir.


Report xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.


O, ABŞ-da seçkilərdə kimin qalib gəlməsinin onlar üçün heç bir fərq etmədiyini bildirib:


"Çünki ölkəmiz öz daxili gücünə və xalqına güvənir".


Qeyd edək ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->