Xəbər lenti

Video 11:41 16.10.2024

"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik" (VİDEO)

"Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Elə bil onun ölümündə biz günahkarıq. Hamımız xəcalət çəkirik ki, ona kömək edə, yaşada bilmədik. Amma o kömək edərdi".

Qaynarinfo xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva "Xəzər axşamı" verilişinə müsahibəsində deyib. Sənətçinin övladı Atabəy isə 1 yaşında vəfat edən əkiz qardaşı Məhəmməddən danışıb:

"Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın 3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə "Səni mən çox axtarmışam" mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub".

Qeyd edək ki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->