Xəbər lenti

ABŞ
Dünya 13:46 16.10.2024

ABŞ "Lufthansa"nı yəhudilərə qarşı ayrı-seçkiliyə görə rekord məbləğdə cərimələdi

ABŞ Nəqliyyat Nazirliyi Almaniyanın "Lufthansa” aviaşirkətini yəhudilərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin press-relizdə deyilir.

Bu, ABŞ Nəqliyyat Nazirliyinin indiyədək tətbiq etdiyi ən böyük cərimədir.

Qeyd edilir ki, hadisə 2022-ci ilin may ayında Frankfurtda transferlə Nyu Yorkdan Budapeştə gedən sərnişinlərlə baş verib. "Əksəriyyəti ortodoks yəhudi kişilərinə xas olan fərqli geyimdə olan” 128 sərnişinin Almaniyadakı reysə minməsinin qarşısı alınıb. Aviaşirkət rəsmiləri iddia ediblər ki, Nyu Yorkdan Frankfurta uçarkən ortodoks yəhudi paltarı geyinmiş bir neçə sərnişin ekipajın göstərişlərinə əməl etməkdən imtina edib. Təyyarəyə minmə zamanı aviaşirkətin əməkdaşları qanunu pozanları müəyyən edə bilməyib və yəhudi hesab etdikləri hər kəsi təyyarəyə buraxmayıblar.

ABŞ Nəqliyyat Nazirliyinin hesabatında bu insanların bir çoxunun bir-birini tanımadıqları və ayrı-ayrılıqda səyahət etdikləri vurğulanır. Bununla belə, zərərçəkənlər təhqiqatı aparan ABŞ rəsmilərinə bildiriblər ki, onlara vahid qrup kimi yanaşılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->