Xəbər lenti

CNN: Bayden Almaniyaya səfəri zamanı “dördlüyü” tolpayacaq
Dünya 10:58 16.10.2024

CNN: Bayden Almaniyaya səfəri zamanı “dördlüyü” tolpayacaq

ABŞ prezidenti Co Bayden Almaniyaya səfər etməyi planlaşdırır. Səfər zamanı o, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşəcək.

Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.

Almaniya hökumətinin nümayəndəsi Volfqanq Büxnerin sözlərinə görə, Bayden həftənin sonuna yaxın Almaniyaya səfər etməlidir.

Xatırladaq ki, 12 oktyabrda Bayden Ukraynaya yardımla bağlı "Ramştayn" formatında keçiriləcək dövlət və hökumət başçıları səviyyəsində iclasda sədrlik etməli idi. Lakin "Milton" qasırğasının Florida sahillərinə yaxınlaşması səbəbindən onun Avropaya səfəri ləğv edildi. Daha sonra "Ramştayn" iclasının qeyri-müəyyən tarixə təxirə salındığı məlum oldu.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->