Xəbər lenti

Türkiyədəki güclü zəlzələ: Üç bina qismən çöküb, xəsarət alanlar var (YENİLƏNİB)
Dünya 14:23 16.10.2024

Türkiyədəki güclü zəlzələ: Üç bina qismən çöküb, xəsarət alanlar var (YENİLƏNİB)

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Malatya Valisi Seddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkənləri sürətlə düşdüyünə görə xəsarət alıb.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində üç bina qismən çöküb. O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir əlavə edib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur. Ali Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.
 
12.23

Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Malatya vilayətində qeydə alınıb. Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə X hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.

Zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb. Bunu şəhər valisi Seddar Yavuz bildirib.

O deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->