Azərbaycanda illərlə tükənməyən mözvulardan biri də, əyalət şair-yazıçıları ilə şəhər yazıçı-şairləri, daha dəqiq desək, fiziki və mənəvi olaraq şəhərə gəlmək istəyən yaradıcı adamların mövzuları, obrazlarıdır. Bu kimi söhbətlər həm dildən dilə, həm də elə yazılı ədəbiyyatda işlənməkdədir.
O cümlədən, film sahəsində də.
Azərbaycan filmlərində, nədənsə, bu mövzu işlənməmiş, qismən işləməyə çalışanda da ortaya uğursuz bir ekran işi çıxmaqdadır. Film sevərlərə bu mövzular türk kinomataqrofiyasından, daha dəqiq, Semih Kaplanoğlu adından tanışdır.
Rejissorun məşhur bir neçə filmi, məsələn, ilk tam metrajlı film olan "Her kes öz evinde”, "Mələyin düşüşü” film sevərlərə, beynəlxaq film aləminə məlumdur. Lakin daha çox sevilən, onu rejissor kimi tanıdan filmləri "Yusuf trilogiyası”-dır ki, sözü gedən əyalət-şəhər söhbətləri də məhz bu trilogiyada yer alır.
"Yumorta”, "Bal”, "Süd” filmlərinin aid olduğu bu trilogiyanın ana xətti Azərbaycan izləyicisinə tanış və xatakterikdir. İstər filmlərdə göstərilən obraz və həyat tərzi, istərsə də mövzuları.
Anasının ölüm xəbəri ilə kəndə qayıdan Yusuf və bundan sonra baş verən hadisələr Yumorta filminin ana xəttidir.
"Süd” filminin ana xətti isə lisey bitirdikdən sonra universitetə qəbul ola bilməyən Yusuf, şeirlərini bir ədəbiyyat jurnalında yayımlayır. Atası öldükdən sonra onun həyatı tamamilə dəyişir, süd, pendir kimi kənd məhsulları sataraq dolanırlar. Yusufun sıxıntıları, xəstəliyə görə əsgər aparılmaması və anasının gizli sevgi həyatı, daha dəqiq, yenidən başqası ilə evlənmək istəyi ona təsirsiz ötüşmür. Film ədəbi dillə desək, novellavari sonluqla bitir. Xüsusi ilə Sovet Azərbaycan ədəbiyyatında bu obrazın özü mövcuddur.
Semih Kaplanoğlu və Orçun Göksel tərəfindən ssenarisi yazılmış digər film isə "Bal” filmidir ki, bu, daha çox və yaxşı beyxəlxaq mükafatlar qazanan, eyni zamanda əksəriyyət tərəfindən ən çox sevilən filmidir. Yusufun uşaqlığında bəhs edən bu filmdə bir xeyli məsələlərə toxunulur ki, buraya onun öz uşaq dünyası, ata və oğul münasibətləri, məktəbdəki vəziyyətlər və.sairə kimi məsələlər göstərilir. Arıçı atasının qayıtmaması, yəni, ölməsi ilə hər şey dəyişir.
Göründüyü kimi Semih Kaplanoğlu mövzuları Azərbaycan izləyicisinə tamamilə yaxın mövzulardır. Bu cür filmlərin üslubu "Art-xaus” üslubu hesab olunur. Filmlər demək olar ki, səssizdir, yəni, obrazlar danışmır, dialoqlar minimum səviyyədədir, dram, sevinc, bir sözlə, obrazların bütün hissləri mimika və jestlərlər göstərilir ki, bu da əslində, böyük bir əksəriyyətin sevmədiyi üslub və formadır.
Adətən, bu cür filmlər darıxdırıcı filmlər hesab olunur.
Orxan Saffari
Şərhlər