Xəbər lenti

Rekordçu məşqçi ilə bağlı qərar verildi
İdman 12:45 11.11.2023

Rekordçu məşqçi ilə bağlı qərar verildi

La Liqa təmsilçisi "Atletiko" 2011-ci ilin dekabrından vəzifəsini icra edən Dieqo Simeone ilə müqavilə müddətini uzadacağını açıqlayıb. 

Qaynarinfo-nun məlumtına görə, yeni müqavilənin müddəti 2027-ci ilə qədər olacaq. İspan mətbuatı məşqçinin yeni müqaviləyə əsasən maaşının 30 faiz artırılacağını və hər mövsüm təxminən 12 milyon avro qazanacağını yazıb.

"Atletiko" Simyonenin rəhbərliyi altında ümumilikdə 642 matça çıxıb və bunların 380-də qələbə qazanıb ki, bu klub tarixində rekorddur. 

53 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda iki dəfə liqa çempionluğunu, bir "Kral Kuboku"nu, bir İspaniya Superkubokunu, iki Avropa Liqasını və iki Avropa Super Kubokunu qazanıb. Həmçinin iki dəfə Çempionlar Liqasının finalında çıxış edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->