Xəbər lenti

Oyun alqı-satqısının qarşısını alan futbolçu 6 aylıq diskvalifikasiya olundu (VİDEO)
İdman 11:50 19.05.2022

Oyun alqı-satqısının qarşısını alan futbolçu 6 aylıq diskvalifikasiya olundu (VİDEO)

Qana Premyer Liqasında 2 avtoqola imza atan futbolçu 6 aylıq diskvalifikasiya edilib.

Qaynarinfo xəbər verir ki, qanalı müdafiəçi Haşmin Musa ötən il ölkə çempionatında bilərəkdən avtoqola imza atıb. Bu haqda "Ghanasoccernet" saytı məlumat yayıb. "İnter Allies"in müdafiəçisi "Aşantiqold"la görüşün son 12 dəqiqəsində meydana çıxaraq öz qapısına iki qol vurub. Nəticədə komandası 0:7 hesabı ilə məğlub olub.

Musa oyundan sonra qolları blərəkdən öz qapılarına vurduğunu etiraf edib və bunun səbəblərini də açıqlayıb. O yerli radio kanallardan birinə danışarkən oyunun manipulyasiya edildiyini və bu planı pozmaq üçün avtoqol vurduğunu deyib: "Otelimizdə eşitdim ki, klubumun "Aşantiqold"a 5-1 hesablı məğlub olmasına mərc edilib. Mən də bu mərci korlamaq qərarına gəldim. Çünki futbolda mərc qoyuluşunu qəbul etmirəm. Məşqçimizə söz vermişdim ki, ehtiyat oyunçular skamyasından meydana çıxsam mərci korlayacağam. Oyundan sonra məşqçilər heyəti, və komandam həmin planları pozduğum üçün məni təriflədi".

Məsələ ilə bağlı Qana Futbol Federasiyası Musaya əvvəlcə futbolla bağlı hər hansı fəaliyyətinə 24 aylıq qadağa qoyub. Sonradan oyun alqı-satqısını üzə çıxardığı və onun qarşısını aldığı üçün sanksiyalar yumşaldılıb. Beləliklə futbolçunun cəzası 24 aydan 6 aya endirilib. Bununla yanaşı ona qanunları pozmaması və belə hallar aşkarlandıqda qaynar xəttə məlumat verməsi ilə bağlı xəbərdarlıq edilib.

Musanın səkkiz komanda yoldaşı isə manipulyasiyada təqsirli bilinərək iki il müddətinə futboldan kənarlaşdırılıb. Daha beş oyunçu isə İntizam Komitəsinə gəlmədiyinə görə dörd il müddətinə diskvalifikasiya olunub. "İnter Allies"in aşağı dəstəyə göndərilməsi ilə bağlı qərar çıxaran federasiya klubun prezidenti Kvaku Frimponqu və onun oğlu, baş icraçı direktor vəzifəsində çalışan Emmanuel Frimponqu müvafiq olaraq 10 və 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Üstəlik baş icraçı direktor 50,000 sedis məbləğində (Qana pulu) cərimələnib.

Həmin avtoqolları təqdim edirik
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->